News

View all

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

1/18/2018 7:40 PM
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 yanvar 2018-ci il tarixli 04 №-li Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planının icrasına uyğun olaraq “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Əvvəlcə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova iştirakçıları müsabiqənin Əsasnaməsi ilə tanış etmişdir. İnşa yazıları Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmış, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılmışdır. İnşa yazı müsabiqəsinin nəticəsinə görə 314 №-li tam orta məktəbin 10b sinif şagirdi Nəsibli Səbinə Neman qızı I yerə, 297 №-li tam orta məktəb in 9d sinif şagirdi Bağırzadə Aynur İlham qızı II yerə, 314 №-li tam orta məktəbin 10b sinif şagirdi Məhərrəmli Jalə Hidayət qızı III yerə layiq görülub. Hər üç yeri tutan şagirdlərin inşa yazıları müsabiqənin Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən şəhər mərhələsinə göndərilmiş, Nəsibli Səbinə Neman qızı Bakı şəhəri üzrə fərqlənməyə layiq görülmüşdür. Digər şagirdlər isə şəhadətnamə ilə təltif edilmişlər.
Read more

“20 Yanvar Ümumxalq Hüzn Günü”nün 28-ci il dönümünə həsr olunmuş şeir müsabiqəsinin H E S A B A T I

1/18/2018 5:07 PM
18 yanvar 2018-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rayon Təhsil Şöbəsi ilə birgə rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 Yanvar Ümumxalq Hüzn Günü”nün 28- ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Tədbir faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri rayon təhsil şöbəsinin metodisti Rəna Mirzəliyeva açaraq iştikçıları salamladı. 20 Yanvar haqqında şagirdlərə ətraflı məlumat verdi. Ardınca rayon Gənclər və İdman idarəsinin əməkdaşları Xəyyam Məmmədov, Çinarə Bədəlova və rayon Təhsil Şöhbəsinin metodisti Ülviyyə Zeynalova tədbir iştirakçıarını salamlayaraq onlara uğurlar arzuladılar.Müsabiqənin qaydaları və şərtləri şagirdlərə izah edildi. Şəhər 1 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli, 6 nömrəli,7 nömrəli, Topçu, Vəng, İvanovka, Keyvəndi,Qalınçaq, İstisu, Ağbulaq, Quşencə, Kürdmaşı, Talış, Aşıqbayramlı kənd tam orta məktəblərindən ümumilikdə 39 nəfər iştirak etdiyi müsabiqədə muxtəlif şairlərə məxsus şeirlər səsləndirildi. Münsiflərin yekun qərarını şair Xalıq Xalıqov səsləndirdi. Qərara əsasən I yerə 3 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Həlimova Zərifə Əvəz qızı, II yerə İvanovka kənd tam orta məktəbinin X sinif şagirdi Kazakova Tatyana Sergeyevna, 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cənnətəliyev Elman Adil oğlu, III yerə 7 nömrəli məktəbin VIII sinif şagirdi Məmmədova Mələk Eldəniz qızı, Qalıncağ kənd tam orta məktəbinin IX sinif şagirdi Qasımova Aytac Elman qızı, 6 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Xalıqov Rəvan Daşqın oğlu layiq görüldülər. Hər üç yerin qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildi.
Read more

Partners

days
hours
minutes

Survey

How do you like the new website?

Facebook