Facility type: Olimpiya Kompleksi
Opening date: 2012 July 31
Facility area: 5.36 Hectares
Address: Qurtulush str, 296
Post code: AZ1500
City: Jalilabad
Phone: (051) 386-24-76
Fax:

Jalilabad Olympic Sport Complex

Cəlilabad Olimpiya İdman Kompleksi 2012-ci il iyulun 31-də istifadəyə verilib.

Ən müasir standartlara cavab verən bu idman qurğusunun ərazisi 5.36 hektardır. 724 nəfər tamaşaçı tutumu olan universal idman zalında (45x48 m) mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir. Burada quraşdırılmış pnevmatik tirdə atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İkinci mərtəbədə geniş trenajor salonu da fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədilir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunur.

Cüdo zalı və eləcə də, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılıb.

Kompleksin nəzdində süni örtüklü futbol meydançası (104x68 m) yaradılıb. Futbol meydançasının tribunalarında 900 tamaşaçı yeri vardır. Meydançanın kənarında 5x110 metr ölçüdə iki qaçış zolağı yaradılıb. Futbol meydançasından başqa, ərazidə tennis kortu (36x18 m), basketbol (36x18 m) və voleybol (27x18 m) meydançaları da vardır.

Kompleksin ərazisində 48 nəfərlik, 24 otaqlı  üçmərtəbəli mehmanxana inşa edilib. Birinci mərtəbədə 42 nəfərlik konfrans zalı, 65 nəfərlik yeməkxana, ikinci və üçüncü mərtəbələrin hər birində bir lüks və 11 standart otaq var.