Facility type: Olimpiya Kompleksi
Opening date: 2009 October 29
Facility area: 7.5 Hectares
Address: Nizami str 32
Post code: AZ3100
City: Ismayilli
Phone: (020) 285-10-65
Fax:

Ismayilli Olympic Sport Complex

İsmayıllı Olimpiya İdman Kompleksi 2009-cu il oktyabrın 29-da istifadəyə verilib. Ümumi sahəsi 7,5 hektar, tikinti sahəsi isə 12 min kvadratmetr olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 500 tamaşaçı yeri olan idman zalı(50x30 m), məşqçi, həkim otaqları və digər otaqlar var.

İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir.

Kompleksin həyətində 940 yerlik süni örtüklü futbol meydançası, 184 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, ikimərtəbəli 4 kottec, basketbol (31x17 m) və voleybol (25x13 m) meydançaları, sahəsi 3 min kvadratmetr olan 500 yerlik avtomobil dayanacağı inşa olunub.

FİFA standartlarına cavab verən stadionun süni örtüyü ən müasir tələblərə uyğundur. Ən güclü yağışlar zamanı belə bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. Stadion və yüngül atletlər üçün meydançanın ümumi sahəsi 13 min kvadratmetrdən çoxdur. Kompleksə su burada qazılan 2 artezian quyusundan götürülür.