Facility type: Olimpiya Kompleksi
Opening date: 2013 August 29
Facility area: 6 Hectares
Address: M.Ağayev
Post code: AZ4900
City: Saatlı
Phone: -
Fax: -

Saatlı Olimpiya İdman Kompleksi

Saatlı Olimpiya İdman Kompleksi 2013-cü il avqustun 29-da istifadəyə verilib.
Kompleksin ümumi
ərazisi 6 hektardır. Ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq var. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə bilər. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar var. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı var. Kompleksə 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançası da daxildir. 
Müasir standartlara uyğun inşa edilmiş üzgüçülük zalının tamaşaçı tutumu 200 n
əfərdir. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Hər kottec dörd nömrədən ibarətdir.