Facility type: Olimpiya Kompleksi
Opening date: 2011 February 09
Facility area: 7 Hectares
Address: H.Əliyev küçəsi, №1
Post code:
City: Tovuz
Phone: 31-5-41-57
Fax: -
E-mail: tovuzoik@mys.az

Tovuz Olimpiya İdman Kompleksi

Tovuzda Olimpiya İdman Kompleksi 2011-ci il fevralın 9-da istifadəyə verilib.
Kompleksin t
əməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdu.
G
ənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmiş, Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu (25x12.5 m) və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 814 tamaşaçı yeri olan əsas idman zalı (24.4x42.5 m) yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları, mini futbol (21.4x34.9 m), voleybol (8.9x18 m), basketbol (16.4x22.96 m), həndbol (21.4x34.9 m) meydançaları, kiçik idman zalı (17.6x23.5 m), trenajor zalı və  köməkçi otaqlar da vardır. Kompleksin ərazisində  açıq futbol stadionu (104x68 m), açıq voleybol (24x15 m) və basketbol (28x16 m)meydançaları, həmçinin açıq tennis kortu (40x20 m) da mövcuddur.