News
Published:11/8/2018 3:45 PM
Views:140

Lerik rayonunda Dövlət Bayrağı Günü münasibətilə Veloyürüş keçirilmişdir

09  noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə 08 noyabr 2018-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Lerik şəhərinin mərkəzindəki Dövlət Bayrağı meydanına veloyürüş keçirildi. 45 nəfərədək gənc və yeniyetmənin  qatıldığı yürüş Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyindən start götürmüş, Heydər Əliyev meydanında şəhər sakinlərinin sürəkli alqışları ilə başa çatmışdır. Daha sonra tədbir iştirakçıları  Bayraq Müzeyini ziyarət etmiş, eksponatlarla tanış olmuş və  rayon məktəblilərinin ifasında əbədi bədii kompozisiyaya tamaşa etmişlər.