Sport type: Trap shooting
Place: 3
Year: 2004
Location: Afina
Sport type: Trap shooting
Place: 1
Year: 2000
Location: Sydney

Zemfira Meftaxetdinova Əli qızı

Meftəhəddinova Zemfira Əliyevna 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Stend atıcılığı ilə 1976-cı ildən, SSRİ-nin əməkdar məşqçisi Hafiz Cəfərovun rəhbərliyi altında başlayıb.
1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstutunu bitirib. Beynəlxalq dərəcəli idman ustası (1986) və əməkdar idman ustasıdır (1996).
Avropa çempionatında (komanda) I yer, şəxsi II yer (1986, İtaliya), Avropa çempionatında (komanda) I yer, şəxsi III yer (1987, Türkiyə), Avropa çempionatında (komanda) I yer, şəxsi II yer (1988, Finlandiya), Avropa çempionatında (komanda) I yer, şəxsi II yer (1990, İsveç), Avropa çempionatında şəxsi I yer (1993, Brno), dünya çempionatında (şəxsi) I yer (1995, Kipr), Avropa çempionatında (şəxsi) I yer (1997, Finlandiya), Dünya Kubokunun qalibi (1998, İtaliya), Dünya Kubokunda I yeri (1999,Yaponiya) tutub.
Zemfira Meftəhəddinova karyerasının ən yüksək uğurunu 2000-ci ildə Avstraliyanın Sidney şəhərində qazanıb. XXVII Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək Olimpiya çempionluğuna yüksəlib.
2001-ci ildə dünya çempionu adını qazanan (Misir) Zemfira dünya kubokunun (Seul) gümüş medalını qazanıb. 2003-cü ildə Avropa çempionluğuna (Çexiya) yüksəlib.
2004-cü ildə Yunanıstanın Afina şəhəri Zemfira üçün uğurlu olub. Dünya kuboku uğrunda yarışlarda ikinci yeri tutan idmançımız, ardınca orada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.
Zemfira Meftəhəddinova ikiqat Olimpiya, altiqat dünya rekordçusudur. Ölkə prezidentinin səəncamı ilə “Şöhrət” ordeni (2000) və iki dəfə “Tərəqqi” medalı (1995, 2004) ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Olimpiya təqaüdçüsüdür.
2008-ci il, Pekin XXIX Yay Olimpiya Oyunlarının iştirakçısıdır.