İlin Gənci
Year: 2018

Mahmudzadə Şahanə Müşfiq qızı

Yazıçıdır. Bakı Dövlət Universitetinin bakalavr pilləsinin (2010-2014), Qafqaz Universitetinin magistr pilləsinin (2014-2016) məzunudur. Esse, şeir, hekayə və publisistik yazıları Şahanə Müşfiq imzası ilə dövrü mətbuatda mütəmadi olaraq dərc edilir. Yazıları "Ulduz", "Azərbaycan" jurnalları, "Ədəbiyyat", "Kaspi", "525-ci qəzet" kimi qəzetlərdə, İranın "Sancaq", Türkiyənin "Kümbet altında", "Kardeş kalemler" dərgilərində dərc olunub. "Qaranlıqlar günəşi" adlı kitabı işıq üzü görüb (2013). Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (2015). Azərbaycan Respublikası Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş xüsusi aylıq təqaüdünə layiq görülüb (2017).