Prezident Mükafatçıları
Year: 2019

Həsənov Masər Fuad oğlu

5 may 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetində bakalavr təhsili almışdır (SABAH qruplarının məzunudur). 2018-ci ildən magistr təhsili alır (Xalq artisti, kinorejissor Eldar Quliyevin yaradıcılıq emalatxanasının tələbəsidir). Bir neçə sosial çarx, sənədli və bədii filmin müəllifidir. "Bakı Oskar Festivalı -1"-də "Ən yaxşı ssenari", "Bakı Oskar Festivalı - 2"də isə ən yaxşı sənədli film nominasiyası üzrə təltif olunmuşdur. "DE JA VU" filmi Türkiyə, Rusiya, Rumıniyada keçirilən kino festivallarında iştirak etmişdir. Bakıda keçirilən beynəlxalq START Film festivalında jüri rəğbəti nominasiyasına layiq görülmüşdür. "9TH İndependent İnternational İnternet Short Film Festival"ında "Sevgi naminə" qısametrajlı bədii filmi I dərəcəli laureat adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının "Rasim Ocaqov" adına təqaüdünə layiq görülmüşdür.