Prezident Mükafatçıları
Year: 2019

Hacızadə Hüseynxan Saleh oğlu

02 mart 1994-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. 2012-ci ildə Gəncə şəhəri 24 saylı tam orta məktəbini bitirmişdir. 2012-2016-cı illərdə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində Maliyyə ixtisası üzrə təhsil almışdır. 2014-cü ildən indiyədək Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı çərçivəsində Ukrayna, Türkiyə, Gürcüstan, Polşa, Xorvatiya, Serbiya, Niderland Krallığı, Belçika, Belarusiya, Bosniya və Hersoqovinada gənclərlə bağlı keçirilən layihələrdə Azərbaycanı təmsil etmişdir. Avropa Komissiyasının Erasmus+ Proqramının EVS (Avropa Könüllülük Xidməti) çərçivəsində "Gələcəyə Körpü" Gənclərin İctimai Birliyində 2015-ci ildən etibarən 20-dək yerli gəncin Avropanın müxtəlif ölkələrində təcrübə keçməsi, könüllülük etməsi və bir o qədər 15 nəfərdən əcnəbi gəncin Gəncə şəhərində dil dərsləri, şəxsi və peşəkar inkişaf fəaliyyətlərini təmin etmişdir. 2016-cı ildən "Gələcəyə Körpü" Gənclərin İctimai Birliyinin icraçı direktorudur. 2017-ci ildə Azərbaycanda Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramının rəsmi Məlumat Mərkəzinin Gəncə üzrə regional koordinatoru kimi Bakı, Şəki, Mingəçevir və Gəncə şəhərlərində, Samux, Astara, Tovuz, Qazax, Astara, Bərdə, Şəmkir və Göygöl rayonlarında yerli gənclərin Proqramın imkanlarından yararlanmaları istiqamətində görüşlər həyata keçirib. 2016-cı ildə 2 Fevral - Gənclər Günü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən "İlin Fəal Gənci" adına layiq görülmüşdür.