Prezident Mükafatçıları
Year: 2019

Mirzəməmmədova Nigar Mübariz qızı

1 may 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 2013-cü ildə Babək rayonu Vəli Mahmudov adına orta məktəbini bitirmişdir. 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Ingilis dili müəllimliyi ixtisası" üzrə təhsil almışdır. Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə Naxçıvan Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan bilik müsabiqəsində iştirak edərək sertifikat əldə etmişdir. 2017-ci ildə Naxçıvan MR, Naxçıvan şəhəri E.Sultanov adına 7 saylı tam orta məktəbdə keçirilən əmək yarımarkasında iştirak edərək, Şahbuz rayonu A.Hüseynov adına Ağbulaq kənd tam orta məktəbində Ingilis dili müəllimliyi vəzifəsi üzrə təyinat əldə edib. 31 yanvar 2019-cu il tarixdə ali məktəblərə kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə diplomla təltif olunmuşdur.