İlin Gənci
Year: 2015

Məmmədova Səbinə Namiq qızı

Məmmədova Səbinə Namiq qızı - Aktrisadır. H.Cavidin “Şeyx Sənan” tamaşasında Piyaləçi qız, A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşasında Betti, Ə.Əmirlinin “Hasarın o üzü” tamaşasında Çiçək, Y.Şvartsın “Qırmızı papağın nağılı” tamaşasında Qırmızı papaq, V.Siqarevin “Ağ ölüm” tamaşasında Nərgiz obrazlarını yaradıb. “Ultionis”, “Qarabağın xatirəsinə”, “Həyat varsa” filmlərində, “Bir ovuc torpaq”, “5+” və “Sindrom” seriallarında yaddaqalan rollar ifa edib.