Prezident Mükafatçıları
Year: 2014

İsmayılov Şahin

İsmayılov Şahin - İctimai fəaliyyət ilə məşğul olur. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir. Sədrlik dövründə təhsil müəssisələrində Tələbə Gənclər Təşkilatlarının sayı 39-dan 109-dək artmışdır, hazırda ölkənin 54 ali və 55 orta ixtisas təhsil müəssisəsində tələbə gənclərin təşkilatı əlaqələndirilmiş fəaliyyət göstərir. Onun şəxsi təşəbbüsü və dəstəyi nəticəsində bir sıra iri miqyaslı respublika tədbirləri (500-dək) və sosial kampaniyalar, o cümlədən "Yaşayan tarix", "Gəzən kitabxana", "Danışan kitablar", "Tələbə kartı", "İşıqlı həyat", "Univision" Tələbələrin Mahnı Müsabiqəsi layihələri həyata keçirilmişdir.