Prezident Mükafatçıları
Year: 2015

Novruzova Xədicə

Novruzova Xədicə - Aktrisadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alır. Akademik Milli Dram Teatrında "Müsyo Jordan və dərviş Məstəli şah", "Brüsseldən məktublar", "İkinci səs", "Ərmağanlı Əlməndər, "Xəcalət", "Kabuslar", "Qaraca qız", "Danışan gəlincik", "Əlibaba və qırx quldur" kimi tamaşalarda Gülçöhrə, Dilənçi uşaq, İradə, İlisu, Fəridə, Ibnə bacı, Tutu, Gəlincik, Mərcan kimi obrazlar yaradıb. "Qonşular" teleserialında çəkilib. Gürcüstanda, Serbiyada, Moldovada qastrol səfərlərində olub, Krımda keçirilmiş "Teatr. Çexov. Yalta" və Brestdə keçirilmiş "Belaya veja" Beynəlxalq teatr festivallarında iştirak edib. Gənclər və İdman Nazirliyi tərfindən 2011-ci ildəki nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.