Prezident Mükafatçıları
Year: 2016

Məlikov Elvin Yaşar oğlu

Məlikov Elvin Yaşar oğlu - Elmi fəaliyyət ilə məşğul olur. Bakı Dövlət Universitetinin "Makromolekullar kimyası" ixtisası üzrə doktorantıdır. 27 elmi işin müəllifidir. Onlardan 10-u beynəlxalq səviyyəli jurnallarda çap edilib. Bir çox respublika səviyyəli elmi konfrans və seminarlarda, Macarıstan, Avstriya, Çexiya, Türkiyə, Gürcüstan, İtaliya, Rusiya və İspaniyada keçirilən beynəlxalq simpoziumlarda iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ci Mobillik Qrant müsabiqəsində qalib gələrək qrant çərçivəsində Macarıstanın Szeged Universitetində təcrübə keçib. Bakı Dövlət Universitetinin 50+50 qrant layihəsinin qalibi olub. Avropa Komissiyasının NAPEP qrant layihəsində iştirak edib.