Gənclər tədbirləri

“Avropada könüllü ol” seminarian qatılmaq istəyən gənclər üçün müsabiqə elan olunur
07 mart, 2017 15:23

Gənclər Təşkilatları Milli Şurası 15 mart 2017-ci il tarixində Gənclər və İdman Nazirliyi və Avropa Komissiyasının Erasmus+ proqramının dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti çərçivəsində “Avropada könülü ol” seminarı keçiriləcəkdir.

SALTO Youth” Resurs Mərkəzinin beynəlxalq təlimçisi Natalia Nikitina tərəfindən aparılacaq seminar gənclərin beynəlxalq könüllülük mübadiləsi proqramı olan Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS) çərçivəsində könüllülük imkanları barədə məlumatlandırılması məqsədi ilə həyata keçirilir.

Avropa Könüllülük Xidməti  Avropa İttifaqının "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında qısa və uzunmüddətli könüllülük mübadiləsini təşkil etmək məqsədi ilə həyata keçirilir. Avropa Könüllülük Xidməti ilə gənclər 2 aydan 12 aya qədər fərqli ölkələrdə, fərqli mühitdə könüllü olaraq fəaliyyət göstərmək, təcrübə qazanmaq, dil biliklərini inkişaf etdirmək və öyrənmək şansı əldə edirlər. Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən etibarən Avropa Könüllülük Xidmətinin akkreditasiyasından keçərək “göndərən” və “qəbul edən” təşkilat akkreditasiyasını almış, 2016-cı ildə isə həmin akkreditasiyanı yeniləyərək gənclərin beynəlxalq könüllülük proqramlarında iştirakını təmin etməkdə davam edir.

"Avropada könüllü ol " seminarından öyrənəcəksiniz:
- beynəlxalq könüllülük nədir; 
- Avropada necə könüllü olmaq olar; 
- Avropada könüllü olmağın şərtləri; 
- Avropa Könüllülük Xidmətinin üstünlükləri; 
- Avropa Könüllülük Xidməti Proqramında maddi təminat; 
- Azərbaycan Könüllülük Xidməti nədir; 
- Azərbaycan Könüllülük Xidmətinə necə qoşulmaq olar. 

Seminar iştirakçıları aşağıda göstərilən meyarlara cavab verməlidir:

  • 17-29 yaş arasında olan gənclər;
  • ingilis dili biliyi ən azı “intermediate” səviyyəsində olmalı.
  •  

Tarix: 15 mart 2017-ci il, 15:00-17:30

Məkan: Gənclər Evi (ARTGMŞ ofisi)

Seminarın işçi dili: İngilis dili

İştirakçı sayı: 30 nəfər

Son qeydiyyat tarixi: 13 mart 2017-ci il

Seminarda iştirak üçün qeydiyyatdan keçin: https://nayora.typeform.com/to/tft2Q9

 

printerçap versiyası

Baxılıb: 144

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1214

Partnyorlar