Tarix: 2017 mart 16
Mənbə:

“Sosial məsuliyyətli gələcək quraq” adlı layihənin icrasına start verildi

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən “Gənclər arasında sosial işin təşkilinin təbliği” adlı layihənin icrasına başlanılmışdır.

Layihənin əsas məqsədi Bakı şəhəri və Abşeron rayonu Xırdalan şəhərinin gəncləri arasında sosial işin təşkilinin təbliğinə və bu sahədə geniş biliklərin verilməsinə nail olmaqdır. 

Layihə çərçivəsində “Sosial işin təşkilinin əsas meyarları”, “Sosial işin üstünlükləri”, “Sosial işçilər kimlərdir, onların vəzifə və məsuliyyətləri”, “Sosial işçinin etik qaydaları”, “Sosial əlaqələrin qurulması” kimi mözvular təlimlər keçiriləcəkdir. Layihəni icrası zamanı təlimlərdə iştirak etmiş gənclərin müxtəlif qurumlara səfərləri təşkil ediləcəkdir. Səfərlərin təşkilində məqsəd yerli qurumlarda sosial işlə, sosial işçilərin gündəlik fəaliyyəti ilə tanış olmaqdır. 

Seçilən fəal gənclər üçün təlimlərdən sonra praktiki fəaliyyət nəzərdə tutulub. Onlar yaşadıqları ərazilərdə yerli icmalara səfərlərlər edərək əhali arasında sosial iş və sosial işçinin vacibliyi barədə ətraflı məlumatın yayılmasını yerinə yetirəcəklər. Bu isə onların layihə çərçivəsində əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkan yaradacaqdır.