İlin Gənci
İl: 2017

Babayeva Vüsalə Zakir qızı

Piano ifaçısıdır. Bolqarıstanda keçirilən XVI Beynəlxalq "Ümidlər, istedadlar, ustadlar" müsabiqəsində I yerə, Estoniyada keçirilən VII Beynəlxalq "Baltik ulduzları" müsabiqəsində II yerə layiq görülüb. Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.