Prezident Mükafatçıları
İl: 2017

Seyidov Mirhəsən Mirheydər oğlu

İctimai fəaliyyət ilə məşğul olur. Azərbaycan Universitetində “Vergi və vergitutma” ixtisası üzrə bakalavr, Dövlət İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisası üzrə magistr təhsili alıb. İctimai fəaliyyətə könüllü kimi Gənclər Təşkilatları Milli Şurasında başlayıb. 15-dən artıq yerli və beynəlxalq layihənin rəhbəri və işçi qrupunun üzvü, Azərbaycanda keçirilmiş Eurovision Musiqi yarışının könüllülərlə iş üzrə koordinatorlarından biri olub. Türkiyə, Gürcüstan, Finlandiya, Almaniya, Rusiya, Sloveniya, Ukrayna, Macarıstan və Belçikada keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. 2012-2015-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədr müavini olub. “İRƏLİ” İctimai Birliyinin sədridir. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvüdür.