İlin Gənci
İl: 2015

Səfərli Elnur Novruz oğlu

Səfərli Elnur Novruz oğlu - Elmi fəaliyyət ilə məşğul olur. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun dissertantıdır. 24-ə yaxın müxtəlif müsabiqələrdə iştirak edərək qalib olub, sertifikat və tərifnamələr ilə təltif olunub. Türkiyədə apardığı “Proqramçıların səmərəliyinin ölçülməsi" elmi araşdırması Almaniyanın “Lab-publishing Group” elmi nəşriyyat şirkəti tərəfindən çap olunaraq 40 ölkədə satışa çıxarılıb.