İlin Gənci
İl: 2016

Tağı-zadə Cavad Faiq oğlu

Tağı-zadə Cavad Faiq oğlu - Skripka ifaçısı və dirijordur. Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Beynəlxalq İfaçılıq müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüb. "Oazis" simli kvartetinin və "Ad libitum" müasir antrepriz ansamblının yaradıcısı, "Baku Sinfonietta" orkestrinin bədii rəhbəri və baş dirijorudur. Həm solist kimi, həm də simli kvartetin və orkestrin tərkibində respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edib.