İlin Gənci
İl: 2014

Seyidova Ceyla Uran qızı

Seyidova Ceyla Uran qızı - Skripka ifaçısıdır. Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı olmuş, Belçikanın Nəmur şəhərində keçirilən “Bravo” IV Beynəlxalq Musiqi Müsabiqəsində I yerə layiq görülmüşdür. Bir çox xarici ölkələrdə keçirilən dövlət əhəmiyyətli konsertlərdə çıxış etmişdir.