Prezident Mükafatçıları
İl: 2016

Məmmədova Fəxriyyə Tahir

Məmmədova Fəxriyyə Tahir qızı - Elmi fəaliyyət ilə məşğul olur. Sankt-Peterburq Dövlət Universitetini "Kimyaçı" ixtisası üzrə bitirib. Diplom işi Sankt-Peterburq şəhərində keçirilən "XXI əsrin əvvəlində Kimyanın inkişafının əsas tendensiyaları" adlı beynəlxalq konfransda ən yaxşı məruzə kimi diploma layiq görülüb. Təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantura pilləsində davam etdirib. Kimya üzrə fəlsəfə doktorudur. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 18 elmi işin müəllifidir. Elmi əsərlərindən biri Rusiya Federasiyasının patentidir. Hazırda "Yosunlardan yağların və bu yağlardan bioyanacaq komponentlərinin alınması texnologiyasının yaradılması" sahəsində elmi-tədqiqat işləri üzərində çalışır.