Prezident Mükafatçıları
İl: 2017

İsrayılova Aygün Əlimərdan qızı

Elmi fəaliyyət ilə məşğul olur. Bakı Dövlət Universitetində "Biologiya" ixtisası üzrə bakalavr, "Mikrobiologiya" ixtisası üzrə magistr təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertanturasında təhsil alır. Universitetinin Mikrobiologiya kafedrasında müəllim vəzifəsində çalışır. 15 elmi işin müəllifidir, 3 elmi işi beynəlxalq səviyyəli jurnallarda çap edilib. "Patogen bakteriya və göbələklərə qarşı yüksək antimikrob təsir göstərən maddənin aşkarlanması" ixtirasının müəllifidir. Elmin İnkişafı Fondunun "Mobillik-3" və ERASMUS MUNDUS beynəlxalq proqramı çərçivəsində TEMPO layihələrinin qalibi olub. Çexiya Respublikasının Kimyəvi Texnologiyalar İnstitutunda 3 aylıq elmi təcrübə aparıb.