Prezident Mükafatçıları
İl: 2017

Məcidova Məryəm Teymur qızı

İctimai fəaliyyət ilə məşğul olur. Azərbaycan Dillər Universitetinin “İngilis-rus” ixtisası üzrə bakalavr təhsili alıb. İctimai fəaliyyətə orta məktəbdə təhsil alarkən könüllü kimi başlayıb. İndiyədək 30 ölkədə keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. 15-dən artıq layihənin rəhbəri olub. Azərbaycanda keçirilmiş Eurovision Musiqi yarışının könüllülərlə iş üzrə koordinatorlarından biri olub. “Tələbələrin İqtisadiyyat və Menecmentlik Assosiasiyası” İctimai Birliyinin sədri olub. Sədr olduğu dövrdə Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyasının mübadilə proqramları çərçivəsində 300-ə yaxın Azərbaycan gənci 40-dan artıq ölkədə şəxsi və peşakar biliklərini təkmilləşdirib. Beynəlxalq səviyyədə təlimçi kimi fəaliyyət göstərir.