Prezident Mükafatçıları
İl: 2017

Suxostat Lyudmila Valentinovna

Elmi fəaliyyət ilə məşğul olur. Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" ixtisası üzrə bakalavr, "Riyazi modelləşdirmə" ixtisası üzrə magistr təhsili alıb. Texnika üzrə fəlsəfə doktorudur. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 25 elmi işin müəllifidir, 17 elmi işi beynəlxalq səviyyəli jurnallarda çap edilib. Hazırda "İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün BİG data texnologiyaları əsasında verilənlərin intellektual analizi metodlarının işlənməsi və onların bəzi tətbiqləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır