Prezident Mükafatçıları
İl: 2017

Bağırov Emil Oqtay oğlu

Klarnet ifaçısıdır. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" fakültəsinin IV kurs tələbəsidir. M.L.Rostropoviç adına keçirilən Festivalda iştirak edərək M.L. Rostropoviç Fondunun təqaüdünə, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəs və zərb alətləri üzrə II Respublika müsabiqəsində I dərəcəli diploma, İsrailin Tel-Aviv şəhərində keçirilən Beynəlxalq müsabiqədə "Ən yaxşı ifaçı" adına layiq görülüb. Maestro Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik orkestri ilə solo konsertlə çıxış edib. Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.