Tarix: 2013 sentyabr 11
Mənbə:

“Şərq nağılı”

Bakıda 11-13 sentyabr 2013-cü il tarixlərində Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər, “Müşviq” Əlil Uşaqlara Yardım və “Müstəqil həyat” Dəstək və İnkişaf Mərkəzi ictimai birliklərinin təşkilati dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Şərq nağılı” əlilliyi olan gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirildi.

Festivalın keçirilməsində əsas məqsəd əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının cəmiyyətə təqdim etmək onların sosial inteqrasiyası və adaptasiyasını təşviq etmək, əlilliyi olan gənclərlə ünsiyyətin qurulması və təcrübə mübadiləsi üçün şərait yaratmaq olmuşdur.

Festivalda 11 ölkədən 200-dən çox gənc iştirak etmişdir. İştirakçılar müsabiqədə mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqramla çıxış etmişdirlər. Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərin ustad dərsləri (master-klass) təşkil edilmişdir.