Tarix: 2013 dekabr 04
Mənbə:

“Uğurlu karyeranı qur!”

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 25 iyun, 28 noyabr və 4 dekabr 2013-cü il tarixlərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Uğurlu karyeranı qur!”  adlı tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsi idi.

200 nəfərə yaxın tələbə və magistrin iştirakı ilə keçirilmiş tədbirlərdə iştirakçılara iş müsahibəsinə gedərkən davranış qaydaları, CV hazırlamaq və karyera qurmaq imkanları ilə bağlı ətraflı məlumat və məsləhətlər verilmişdir. “Uğurlu karyeraya doğru birinci addım” adlı broşür hazırlanaraq tədbir iştirakçılarına paylanılmışdır.