Tarix: 2017 mart 13
Mənbə:

Biznesinə qarşılıqsız dəstək almaq istəyən gənclərin nəzərinə!

Gənclər və idman nazirliyinin dəstəyi ilə həyata keçirilən və  2013-cü ildən ATV telekanalında yayımlanan “İdeya qazandı ”verilişin növbəti mövsümündə iştirak üçün qeydiyyat artıq başlamışdır.  
“İdeya Qazandı” verilişində 16-35 yaş arası gənclər münsiflərin qarşısında öz ideyaları ilə çıxış edib,  fəaliyyət imkanlarını təqdim etməklə, maliyyə dəstəyi ala bilərlər. 
Layihənin məqsədi Azərbaycanda kiçik və orta  sahibkarlığı gənclər arasında həvəsləndirmək, düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır. İdeya Qazandı verilişi hazırda ATV televiziya kanalında hər çərşənbə günü saat 23:30-da, təkrarı bazar günü gecə yarısı yayımlanır. 
İdeya Qazandı verilişinin hər mövsümündə 10-a yaxın gənc  investisiya imkanı əldə etmişdir. 
Verilişin növbəti mövsümünə ərizə qəbulu davam edir. Ərizə qəbulu cari ilin martın sonunadək davam edəcəkdir. Müraciət etmək istəyən gənclər daha ətraflı məlumat almaq üçün İdeya Qazandı işgüzar tele-müsabiqəsinin rəsmi facebook səhifəsindən və ya veb saytdan istifadə edə bilərlər. Layihəyə müraciət etmək üçün səhifədə ərizə formasını doldurub və göndərmək kifayətdir. Müsbət qiymətləndirilmiş ərizələr müsahibədə iştirak etdikdən sonra çəkilişlərə dəvət olunacaqdır