Tarix: 28.04.2017 15:00
Mənbə:

“Tələbə baharı” X Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirildi

27 aprel tarixində Azərbaycan Dövlət Musiqili Tetarında “Tələbə baharı” X  Ümumrespublika tələbə yaradıcılıq festivalın Qala konserti keçirilib. 

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, rəsmilər və bir sıra qonaqlar iştirak ediblər. 

Myuzikl tamaşa formatında keçirilən Qala konsertin 3-6 aprel tarixlərində baş tutan seçim turlarında 25-ə yaxın ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiylar üzrə  istedadlarını nümayiş etdiriblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il  “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir.
Festival bir sıra istedadlı gənclərin üzə çixarılmasında vacib rol oynamışdır.  2009-cu ildə Avroviziya mahnı müsabiqəsində  Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə  və 2011-ci ildə Azərbaycana  möhtəşəm  qələbəni  - birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olmuşlar. 
2011-ci İldən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.
Festivalın keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Sonda festivalın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim edildi.


JANR-MUSİQİ
Xalq Mahnıları nominasiyası üzrə
Rəqsanə Əsədova- Bakı Dövlət Universiteti-l yer
Məxfirət Hüseynova- Azərbaycan Dövlət Pedaqoji Universiteti –ll yer
Nigar Qasımova- Azərbaycan Dillər Universiteti- lll yer

Klassik estrada nominasiyası üzrə
Ənvər Məmmədhəsənov- Odlar Yurdu Universiteti- l yer
Nərmin Hüseynova- “Odlar Yurdu” Universitetinin “Odlar Yurdu” kolleci- ll yer
Vokal nominasiyası üzrə
Şahsevən Babayev- Azərbaycan Dillər Universiteti-ll yer


Estrada nominasiyası üzrə
Nərgiz Umarova- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-l yer
Kəmaləddin Məmmədov- Azərbaycan Dövlət İqtisad Universiteti- l yer
Cavid Hüseynli- Bakı Slavyan Universiteti- ll yer
Arzu Cəbrayılova- Bakı Mühəsndislik Universiteti –lll yer

Pop nominasiyası  üzrə
Cəmilə Nəsirzadə- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-l yer
Nadir Rüstəmli və Xəyal Rüstəmov- Azərbaycan Turizm və Menecment Universiteti-ll yer
Gülnar İbrahimova- Azərbaycan Dillər Universiteti-ll yer
Aytac Samullayeva- Bakı Slavyan Universiteti-lll yer
Aydın Bəkirli- Bakı Slavyan Universiteti- lll yer



JANR- RƏQS
Milli Rəqslər nominasiyası üzrə
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-l yer
Xəzər Universiteti-ll yer
Bakı Dövlət Universiteti-ll yer
Azərbaycan Dillər Universiteti-lll yer
Sumqayıt Dövlət Universiteti-lll yer

Müasir Rəqslər nominasiyası üzrə
Xəzər Universiteti- l yer
Azərbaycan Dövlət İqtisad Universiteti ll yer
Bakı Mühəndislik Universiteti-lll yer