Tarix: 27.05.2017 10:00
Mənbə:

“Tarixin canlı səhifələri” V Gənclər festivalı keçirildi

Qax rayonunda Gənclər və İdman Nazirliyi tərəfindən “Tarixin canlı səhifələri” V Gənclər festivalı həyata keçirildi. 

Məlumat üçün üçün bildirək ki,  Gənclər və İdman Nazirliyi tərəfindən baş tutan festival, Dövlət Sərhəd Xidməti və Qax rayon İcra Hakimiyyəti ilə birgə keçirilib. Festivalın keçirilməsində əsas məqsəd, gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək, xalqımızın hərb tarixini gənclərə  əyani olaraq çatdırmaqdır.

Festivalda çıxış edən gənclər və idman naziri  Azad Rəhimov 28 May Respublika günü ərəfəsində bu səpkili tarixi layihənin həyata keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını bildirdi. Azad Rəhimov: “Bu gün, demək olar ki, düz bir ərazidə İrəvan şəhəri salınıb. Şəhərin məscidləri, bazarı və digər məkanları olduğu kimi burada göstərilib. Bu səpkili layihələr gənclərimizin vətənpərvər ruhda böyüməsində müstəsna rol oynayır. Bundan öncə Tarixin canlı səhifələri festivalı Şəki, Lənkəran, Gəncə şəhərlərində baş tutub. Məqsəd bu layihələri davam etdirməkdir.”

Tarixi rekonstruksiya formatında baş tutan  festival XVlll əsrdə və XlX əsrin l yarısında mövcud olmuş İrəvan xanlığına həsr edilmişdi. Festivalda İrəvan xanlığının yaranması, xanlığın öz müstəqilliyi uğrunda mübarizəsi layihəyə cəlb olunmuş olunmuş 400-ə yaxın gənc: aktyot, tələbə və idmançı tərəfindən tarixi faktlar əsasında hazırlanmış tamaşada nümayiş olunub. İrəvan xanlığına xas olan mədəniyyət, məişət və ənənələrin geniş şəkildə təqdim olunduğu festivalın keçirildiyi  ərazi  də, İrəvan xanlığı üslubunda hazırlanmışdı.

Tamaşanın  elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur. Qeyd edək ki, “Tarixin canlı səhifələri” adlı festivallar  2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.