Tarix: 2017 mart 15
Mənbə:

Sabunçu rayon gəncləri üçün bir sıra tədbirlərin keçirilmişdir

Gənclər və İdman Nazirliyi tərəfindən Sabunçu rayon gənclər və idman idarəsi ilə birgə 7-14 mart 2017-ci il tarixlərində Sabunçu “Gənclər evi”ndə Sabunçu rayon gəncləri üçün bir sıra tədbirlərin keçirilmişdir.
 7 mart 2017-c il tarixdə “Azərbaycan kinosu günü” layihəsi çərçivəsində xalq artisti Əbdül Mahmudovun gənclərlə görüşü və filmərimizin təhlili, 10 mart tarixində “İşğal altında olan torpaqlarımızın gənc nəsil arasında yaxından tanıdılması məqsədilə bilik yarişı” adlı layihə, 14 mart 2017-ci il tarixdə saat “Milli mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda foto sərgi-müsabiqə, “Həvəskar rəqqaslar arasında rəqs müsabiqəsi”, “Gənclərin əl işlərindən ibarət rəsm və heykəltəraşlıq sərgisi”, “Gənclərin iştirakı ilə Novruz şənliyi” və “Azərbaycan tarixi və diyarşünaslıq” adlı layihələr həyata keçirilmişdir.
Məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsidir.
Layihə çərçivəsində keçiriləcək müsabiqələrin qaliblərinə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim edilmişdir.