Tarix: 2017 fevral 24
Mənbə:

“Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri başa çatdı

23 fevral 2017-ci il tarixdə saat 10.00-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 26 fevral-Xocalı soyqırımının iyirmi beşinci ildönümü münasibətilə Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ənənəvi olaraq “Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri keçirilmişdir.
Turnirdə Bakı şəhərində fəaliyyət göstərən 20-dən artıq ali və orta ixtisas təhsili müəssisələrinin 100-dən artıq tələbəsi iştirak etmişdir.
Gərgin keçən yarışda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının komandası 1-ci yeri, Azərbaycan Turizm Universitetinin komandası 2-ci yeri, Bakı Dövlət Universitetinin komandası isə 3-cü yeri tutdular. Qaliblər Gənclər və İdman Nazirliyinin fəxri fərmanı və mükafatı ilə təltif olundular.