Fəaliyyət İstiqamətləri

Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi

Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində fəaliyyət əsasən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

  • Azərbaycançılıq məfkurəsinin, dövlətçilik ənənələrinin və dövlət rəmzlərinin gənclər arasında geniş təbliğinə xidmət edən tədbirlərin keçirilməsi;
  • “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyaları;
  • “Bayraq festivalları”;
  • “Müstəqil dövlət quruculuğu və gənclik” adlı mədəni-kütləvi tədbirlər.


  • Azərbaycanın tarixinin, mədəni irsinin və diyarşünaslığın təbliğinə xidmət edən tədbirlərin keçirilməsi;
  • “Hünər” Vətənpərvərlik Mahnıları Festivalı”;
  • “Folklor Festivalı”;
  • “Azərbaycan doğma diyarımdır” adlı gənclər üçün vətənpərvərlik-yay istirahət  düşərgələri.

 

  • Gənclərin çağırışaqədərki dövrdə mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının yüksəldilməsinə, onların hərbi xidmətə həvəsləndirilməsinə xidmət edən tədbirlərin keçirilməsi;
  • “Şahin” hərbi-idman oyunu;
  • “Sərhəd” hərbi-idman oyunu;
  • “Gənc xilasedici və yanğınsöndürən yarışı”;
  • “Vətənimə xidmət edirəm” adlı gənclərin orduya yolasalma mərasimləri.

 

  • Hərbi xidmətdə olan gənclərin asudə vaxtının təşkilinə kömək edən əlavə tədbirlərin keçirilməsi;
  • Hərbi hissələrdə görüşlər;
  • “Əsgər bayramları”.

 

  • Azərbaycanın Milli Qəhrəmanlarının, şəhid döyüşçülərin gənclər arasında təbliğinə xidmət edən tədbirlərin keçirilməsi;
  • Milli Qəhrəmanlara həsr edilmiş Gənclərin intellektual-yaradıcılıq festivalları;
  • Respublikanın rayon və şəhərlərində Azərbaycanın Milli Qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşcülərin tanıdılması məqsədi ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”adlı təbliğat kampaniyası

 

  • Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi istiqamətində fəaliyyət göstərən klubların, dərnəklərin, mərkəzlərin işinin əlaqələndirilməsi və stimullaşdırılması sahəsində tədbirlərin keçirilməsi;
  • Yerlərdə yaradılmış “Gənclərin vətənpərvərlik tərbiyəsi klubları”nın fəaliyyətinin əlaqələndirilməsi və stimullaşdırılması.

 

  • Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində telelayihələrin, maarifləndirici və təbliğat xarakterli mədəni-kütləvi tədbirlərin keçirilməsi;
  • “Mən Azərbaycanlıyam” intellektual yarışması (telelayihə);
  • Müasir Azərbaycan Gənci (MAG) telelayihəsi;
  • “Vətən Sag Olsun” telelayihəsi.
  • Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində vəziyyətin öyrənilməsi, təhlil  və arayışların hazırlanması;
  • Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan sənədlərin hazırlanması;
  • Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində mövcud durumun araşdırılması məqsədi ilə sosialoji sorğuların keçirilməsi.
  • Statistik məlumatların təhlil edilməsi.