Tarix: 2014 iyun 27
Mənbə:

Gənclərin Folklor Festivalları

Milli-mədəni irsimizin qorunub saxlanması, qədim mədəniyyət nümunələrimizin gənclərin diqqətinə çatdırılması və təbliğ etdirilməsi  məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən 2013-cü ildən başlayaraq respublikamızın rayon və şəhərlərində Gənclərin Folklor Festivalı keçirilir. İlk festival 2013-cü ilin 26-27 avqust tarixlərində Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ və Balakən rayonlarının iştirakı ilə Zaqatala rayonunda, növbəti festival isə 27-28 iyun 2014-cü il tarixlərində Quba rayonunda Xaçmaz, Qusar, Quba və Şabran rayonlarının iştarakı ilə keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşlarından ibarət münsiflər heyətinin qərarına əsasən Zaqatala rayonunda keçirilmiş festivalda I yerə Zaqatala rayonu, II yerə Şəki şəhəri, III yerə Qax rayonu, Quba rayonunda isə I yerə Quba rayonu, II yerə Şabran rayonu, III yerə isə Xaçmaz rayonunun folklor qrupları layiq görülmüşdür. Qaliblərə Gənclər və İdman Nazirliyinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələr təqdim edilmiş, incəsənət ustalarının iştirakı ilə konsert proqramları və atəşfəsanlıq təşkil edilmişdir.