Tarix: 2013 iyun 23
Mənbə:

"Gənclərin İntellektual Yaradıcılıq Festivalı”

Gənclər və İdman Nazirliyi tərəfindən 24 iyun 2013-cü il tarixdə Biləsuvar rayonuda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Gənclərin İntellektual Yaradıcılıq Festivalı" keçirilmişdir. Festivalın əsas məqsədi Azərbaycanın Milli Qəhrəmanlarını gənclərə tanıtmaq və gənclərin intellektual yaradıcılıq imkanlarını üzə çıxarmaqdan ibarət olmuşdur. İlk dəfə keçirilən bu festivalda Lənkəran-Astara zonası üzrə 9 şəhər və rayonun gəncləri iştirak etmişdir.

Festivaldan öncə tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan məktəb-lisey kompleksinin önündə onun xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş və milli qəhrəmana həsr olunmuş sərgi ilə tanış olmuşlar. Dövlət himnimiz səsləndirildikdən sonra çıxış edənlər əsasən qəhrəmanlıq, vətənpərvərlik, ordu quruculuğu və müstəqil dövlətçiliyimizlə bağlı fikirlərini bildirmişlər. Tədbir çərçivəsində şeir və rəsm müsabiqəsi, "Breyn-rinq" intellektual oyunu üzrə zona birinciliyi keçirilmişdir.