Tarix: 2013 noyabr 21
Mənbə:

Azərbaycan - Qırğız gənclərinin İkinci Forumu

Azərbaycan - Qırğız gənclərinin İkinci Forumu

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2012-ci il tarixli, 616 nömrəli Fərmanının müvafiq  bəndinin icrasını təmin etmək məqsədi ilə 20-21 noyabr 2013-cü il tarixlərdə Qırğız Respublikasının Bişkek şəhərində “Azərbaycan - Qırğız gənclərinin  İkinci Forumu” keçirilmişdir.

Formun açılış mərasimi 20 noyabr tarixdə "Hyatt Regency" mehmanxanasında keçirilmişdir. Açılış mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra,  Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Əliasbek Alımkulov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev və Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov açılış nitqləri ilə çıxış etmişlər. Rəsmi açılış başa çatdıqdan sonra forum 3 bölmədə öz işini davam etdirmişdir. Forumun ikinci günü bölmə iclaslarının təqdimatları dinlənilmiş və qətnamə qəbul edilmişdir.