Tarix: 31.05.2017 12:15
Mənbə:

Çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirildi

Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə 2017-ci ilin may ayında Xaçmaz, Şabran, Şamaxı və Ağsu rayonlarında təbliğat xarakterli mədəni-kütləvi tədbirlər keçirildi. Tədbirlərdə fəal gənclərlə yanaşı Gənclər və İdman Nazirliyinin, yerli icra hakimiyyətlərinin, təhsil şöbələrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarının əməkdaşları iştirak etdi. Keçirilən təbliğat xarakterli tədbirlərdə gənclərin hərbi xidmətə həvəsləndirilməsi ilə bağlı tövsiyyələr verildi, onların hərbi-fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görüləcək işlərin əsas istiqamətləri diqqətə çatdırıldı. Çağırışyaşlı gənclərin iştirakı ilə keçirilən tədbirlər gənc müğənnilərin ifasında hazırlanmış konsert proqramı ilə yekunlaşdı. İştirakçılara xüsusi hazırlanmış tövsiyyə-yaddaş kitabçaları paylandı.