Tarix: 2013 noyabr 05
Mənbə:

"Yallı gedək - Bayrağımızı təbliğ edək"

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "9 noyabr - Dövlət Bayragı günü" münasibəti ilə 2013-cü il noyabr ayının 5-də "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə həyata keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd gənclərdə vətəndaşlıq və dövlət rəmzlərinə hörmət hissini daha da yüksəltmək, bayrağımızın dövlətçilik ənənələrindəki əhəmiyyətini onlara aşılamaq idi. Bu məqsədlə Bayraq Meydanında 6000 nəfər tələbə bayraq-geyimində "Azərbaycan" və "Azərbaycan Bayrağı", daha sonra isə ingilis dilində "Flaq Day" sözlərinin yazılış formasını yaradaraq, dövlət himnini səsləndirmişlər. Keçirilmiş flaş-mob yerli kütləvi informasiya vasitələri ilə yanaşı "Evronews" telekanalında da işıqlandırılmışdır. Əvvəlcədən hazırlanmış bayraq təsvirini əks etdirən əyani vəsaitlərin gənclər arasında, xüsusilə də ölkəyə gələn xarici qonaqlara paylanması da bu layihənin davamı kimi uğurla həyata keçirilmişdir.