Tarix: 30.10.2017 15:25
Mənbə:

Hərbi hissələrdə görüşlər keçirildi

Gənclər və İdman Nazirliyi tərəfindən “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibəti ilə hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçirildi. 18 oktyabr 2017-ci il tarixdə Şamaxı rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin, 20 oktyabr 2017-ci il tarixdə isə Xaçmaz rayonu ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissələrində keçirilən görüşlərdə əsgər və zabit heyəti qarşısında çıxışlar edildi, şəxsi heyətə xidmətdə uğurlar arzulandı. Xidmətdə fərqlənən hərbçilərə Gənclər və İdman Nazirliyinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələr, hərbi hissəyə isə idman ləvazimatları hədiyyə edildi. Daha sonra tədbirlər gənc müğənnilərin iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşdı.