Tarix: 17.01.2018 15:05
Mənbə:

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü qeyd olundu

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 20 dekabr 2017-ci il tarixli 198 nömrəli Sərəncamına uyğun olaraq, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş toplantı keçirildi. 17 yanvar 2018-ci il tarixdə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kollektivi,  gənclər təşkilatlarının üzvləri, fəal gənclər, tələbələr iştirak etdilər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi və 20 yanvar hadisələrinə həsr olunmuş film nümayiş etdirildi. 
      Çıxış edənlər - Gənclər və İdman Nazirinin müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək tarixi faktları diqqətə çatdırdılar və qeyd olundu ki, tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılmış 20 yanvar günü Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanlara dövlət səviyyəsində böyük ehtiram günüdür. Daha sonra çıxış edənlər - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İcraçı direktoru Faiq Məmmədov, Memarlıq və İnşaat Universitetinin Tələbə-gənclər təşkilatının sədri İlahə Həsənova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Almaz Əliyeva 20 yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolunu qeyd etdilər. Azərbaycanın tarixinin öyrənilməsi, həqiqətlərin dünya ictimayyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarından, sosial şəbəkələrdən səmərəli istifadəyə təşviq edilməsi zərurəti qeyd olundu.