Tarix: 2013 oktyabr 23
Mənbə: http://mys.gov.az

“Azərbaycan Prezidenti kuboku” Beynəlxalq ŞHK turniri

23 oktyabr 2013-cü il tarixində Bakıda Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun "Azərbaycan Prezidenti Kuboku" beynəlxalq turniri keçirilmişdir. Bu turnirdə ŞHK-nın yüksək liqasının ən yaxşı komandaları iştirak ediblər. Gənclərin tərbiyyəsi, onların intellekt səviyyəsinin yüksəldilməsi, dünya görüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi baxımında əhəmiyyət daşıyan turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Turnirdə "Raisalar" (İrkutsk), "Dnepr" (Dnepropetrovsk vilayətinin yığması), "Parapaparam" (MDBƏİ, Moskva), "Bakı Yığması" (Azərbaycan), "Kamızyak diyarının yığması" (Həştərxan), "Triod və Diod" (Smolensk) komandaları çıxış ediblər.

Turnir tamaşaçılar tərəfindən çox böyük maraqla izlənilmiş, digər komandalarla bərabər istedadlı və perspektivli gəncləri birləşdirən “Bakı yığması” komandasının çıxışları da yaddaqalan olmuşdur. Tədbirin sonunda bütün komandalar münsiflər heyəti tərəfindən kuboklarla təltif edilmiş, əsas mükafat - Azərbaycan Prezidentinin kuboku isə Şən və Hazırcavablar Klubunun Prezidenti Aleksandr Maslyakova təqdim edilmişdir.