İdman Sənədləri

Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan  Respublikasında dövlət qayğısı  nəticəsində bır sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarmı yüksəltmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

  1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası müəyyən edilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq icra orqanları ilə birlikdə bu Sərəncamla təsdiq olunmuş (2005-2015-ci illər) futbolun inkişafına dair Dövlət Proqramından irəli gələn məsələləri həll etsin.
    1. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
    1. futbolun infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək;
    2. futbol mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək;
    3. uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq;
      1. futbolla bağlı məlumat-maarifçilik və təbliğat işini gücləndirmək;
    4. futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək;
    5. əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaratmaq.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2005-ci il

                        N° 1038

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında futbolun inkişafına dair

DÖVLƏT PROQRAMI

(2005-2015-ci   illər)

 1GİRİŞ

Azərbaycan Respublikasında ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Bakının "Neftçi", Gəncənin "Dinamo" komandalarının qazandığı uğurlar futbol tariximizin şanlı səhifələridir. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib.

Təəssüf ki, son on beş il ərzində futbolumuz şöhrətini itirmiş, bu idman növünə maraq və diqqət azalmışdır. Göstərilən dövrdə ölkədə futbolla məşğul olanların sayı 200 min nəfərdən 74 min nəfərə enərək, iki dəfədən çox azalmışdır. Yaranmış acınacaqlı vəziyyət futbol üzrə milli yığma komandaların nəticələrinə mənfi təsir göstərir. 1992-ci ildən etibarən Dünya və Avro-pa çempionatlarının seçmə mərhələlərində Azərbaycan Milli yığma komandası öz qrupunda sonuncu yerlərlə kifayətlənmişdir. Yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarımız da beynəlxalq turnirlərdə ölkəmizilayiqincə təmsil edə bilməmişlər.

Futbol bazalarının hazırkı vəziyyəti, respublika uşaq-yeniyetmə futbol məktəblərinin maddi-texniki bazalarının aşağı səviyyədə olması, yüksək ixtisaslı məşqçi və müəllimlərin çatışmazlığı əhalinin, xüsusilə yeniyetmə və uşaqların futbol ilə məşğul olmağa artan tələbatmı ödəməyə imkan vermir. Futbolçu ehtiyatı hazırlığı üçün beynəlxalq standartlara cavab verən mərkəzlərin olmaması, süni örtüklü meydançaların yetərsizliyi, futbolla bağlı xüsusi metodik ədəbiyyatın çatışmazlığı ölkədə futbolun inkişafına və futbolçu ehtiyatı hazırlanmasına mənfi təsir göstərir.

Ümumiyyətlə, respublikada futbolun hazırkı vəziyyəti idmanın bu növünün kütləvi inkişafı üçün təxirəsalınmaz və konkret tədbirlərin görülməsini, uşaq-yeniyetmə və gənclər arasında işin canlandırılmasını, futbol infrastrukturunun inkişafını, beynəlxalq səviyyəli futbolçuların hazırlanmasını zəruri edir. Bu mənada Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramı (2005-2015-ci illər) - bundan sonra "Proqram" - ölkədə futbolun inkişafına və beynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edir.

2. PROQRAMIN ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramının əsas məqsədi "Bədən tərbiyyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə bədən tərbiyyəsi və idmana aid digər normativ hüquqi aktlara uyğun olaraq futbol sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə futbolun və onun infrastrukturunun inkişaf etdirilməsini, futbol ilə məşğul olmaq üçün müvafiq şəraitin yaradılmasını, köhnə stadionların bərpasını, yenilərinin layihələşdirilməsini və tikintisini, beynəlxalq səviyyəli futbolçuların, məşqçilərin, hakimlərin və digər futbol mütəxəssislərinin hazırlanmasını təmin etməkdən ibarətdir.

Proqramın əsas vəzifələri aşağıdakılardır:

3. AZƏRBAYCAN RESPUBLİKASINDA FUTBOLUN

                            İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ

2005-2015-ci illərdə ölkədə futbolun inkişafını aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirmək nəzərdə tutulur:

  1. təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması;
  2. təhsil müəssisələri üçün futbol üzrə tədris proqramlarının işlənib hazırlanması;
    1. futbol üzrə metodik vəsait və tövsiyələrin hazırlanması;
    2. ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması;
    3. şagird və tələbələrin futbol üzrə çempionatlarının təşkil edilməsi;
    4. məhəllə komandaları arasında futbol üzrə yarışların keçirilməsi;
    1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nəzdində müasir avadanlıqla təchiz olunmuş tibbi-bərpa mərkəzinin yaradılması;
      1. futbol üzrə mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsi;
      2. idmanın ən kütləvi və nüfuzlu növü olan futbolun təbliğ etdirilməsi;
      3. futbolun inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
      1. cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsinə;
      1. futbolun populyarlaşması nəticəsində ölkədə bədən tərbiyyəsi və idmanla, o cümlədən futbolla məşğul olan vətəndaşların sayının artırılmasına;
      1. ölkənin ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsil müəssisələrində, uşaq-yeniyetmə idman məktəblərində futbolla məşğul olan uşaq, yeniyetmə və gənclərin sayının artmasına;
      2. ölkənin bütün bölgələrini əhatə edən futbol sahəsində istedadlı uşaqlar üçün ixtisaslaşdırılmış regional internat məktəblərinin yaradılmasına;
      1. futbolun maddi-texniki bazasının inkişafı nəticəsində  yeniyetmə və gənclərin futbola cəlb edilməsinə;
        1. ölkənin bütün şəhər və bölgələrində əlavə iş yerlərinin açılmasına;
      2. beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanmasına.
  3. mövcud və yeni açılacaq uşaq-gənclər idman və internat məktəblərində qadın futbolu üzrə tədris qruplarının yaradılması;
  4. ölkənin bütün bölgələrində istedadlı uşaqlar üçün futbol üzrə ixtisaslaşdırılmış internat məktəblərinin yaradılması;
  5. milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və Dünya çempionatlarında Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi;

 

4. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Proqramla yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər aşağıdakı nəticələrə nail olmağa imkan verəcəkdir:

 

5. PROQRAMIN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANI

 

Sıra
N-si
Tədbirin adı İcraçılar İcra müddəti Maliyyəmənbəyi
1 2 3 4 5

 

1. NORMATİV HÜQUQİ BAZANIN TƏKMİLLƏŞDİRİLMƏSİ

1.1. Futbolla bağlı normativhüquqi aktların layihələrinin hazırlanması Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2008-ci illər GİTN
AFFA
1.2. Bədən tərbiyəsi və idmanın  normativ qanunverici bazasının hazırlanmasındafutbolun  tələblərinin nəzərə alınması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi 2005-2008-ci illər
1.3. Peşəkarlar, qadınlar və əlillər arasında yarışların keçirilməsi reqlamentinin təkmilləşdirilməsi, FİFA və UEFA-nın tələblərinə uyğunlaşdırılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər AFFA
1.4. Futbol üzrə təsnifat normalarının hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər AFFA
1.5. Futbol meydançalarının layihələşdirilməsi, tikintisi və avadanlıqlarla təchizatı normalarının hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2008-ci illər GİTN AFFA
1.6. Futbolun inkişafı üçün əl-verişli investisiya mühitinin yaradılması ilə bağlı təkliflərin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cıillər
1.7. 18 yaşına qədər futbolçuların transfer məsələlərinin FİFA, UEFA normalarına və Azərbaycan Respublika-sının qanunvericiliyinə uyğunlaşdırılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Ədliyyə Nazirliyi 2005-2006-cı illər

2. FUTBOLUN İNKİŞAFI SAHƏSİNDƏ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI

 

2.1. Futbol klublarının maliyyə vəziyyətinin yaxşılaşdırılması  məqsədilə  tədbirlərin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər
2.2. Həvəskar futbol klublarının maddi-texniki bazasının və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə təkliflərin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiya-ları Assosiasiyası 2005-2006-cı illər
2.3. Həvəskar   komandalar  arasında ümumrespublika və regional yarışların keçirilməsi sisteminin təkmilləşdirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, yerli icra hakimiyyəti orqanları 2005-2006-cı illər

 

1 2 3 4 5
2.4. Uşaq-gənclər futbolununinkişaf proqramının hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA
2.5. Regionlardakı  federasiyalarda uşaq - gənclər futbol komitələrinin yaradılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA
2.6. Fəaliyyət göstərilən Uşaq -Gənclər İdman Məktəblərində (oğlanlar və qızlar), internat məktəblərin-də futbol tədris qruplarının yaradılması Yerli icra hakimiyyəti orqanları,Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2007-ci illər Təhsil Nazirliyi
GİTN
2.7. Rayon və şəhər ümum-təhsil məktəblərinin yığma komandaları arasında yarışların keçirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2015-ci illər Təhsil Nazirliyi
GİTN
2.8. Qadın futbolunun inkişafına dair proqramın hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər AFFA
2.9. Regionlardakı federasiyalarda qadın futbol komitələrinin yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər
2.10. Uşaq-gənclər idman məktəblərində qadın futbolu bölmələrinin açılması, qadın futbolu regional hazırlıq ehtiyat mərkəzlərinin yaradılması Azərbaycan Futbol FederasiyalarıAssosiasiyası, yerli icra hakimiyyəti orqanları 2005-2006-cı illər
2.11. Ümumtəhsil məktəblərində, orta ixtisas və ali tədris müəssisələrində qadınfutbolunun inkişafı vətəbliğ edilməsi ilə bağlıtədbirlər sisteminin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
TəhsilNazirliyi
2.12. Azərbaycanın bütün bölgələrində futzalın regional təşkilatlarının yaradılması, Uşaq-Gənclər İdman Məktəblərində futzal bölmələrinin genişləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər YİHO
TN
GİTN
2.13. Uşaq-gənclər futzal liqasının yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiya-ları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA
2.14. Çimərlik futbolu üzrə regional assosiasiyaların,peşəkar və həvəskar liqaların yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2007-ci illər GİTN
AFFA
2.15. Paralimpiya futbol növləri üzrə Respublika turnirlərinin keçirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Respublika Paralimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2015-ci illər GİTN
PK
AFFA
1 2 3 4 5
2.16. Veteranların futbol yarışlarının təkmilləşdirilməsitədbirlərinin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA
2.17. "Qol" və digər proqramlar çərçivəsində birgə layihələri həyata keçirmək üçün AFFA-nın FİFA və UEFA ilə əməkdaşlığınıngenişləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2015-ci illər
        

3. FUTBOLUN MADDİ-TEXNİKİ BAZASININ İNKİŞAFI

 

3.1. Futbol stadionlarının pasportlaşdırılması Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA
3.2. Prioritet futbol qurğularının sayının artırılmasına dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Ədliyyə Nazirliyi 2005-2006-cı illər
3.3. Regional futbol federasiyalarının maddi-texniki bazalarının yaradılması Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2008-ci illər YİHO AFFA
3.4. Milli Futzal Mərkəzinin tikintisinə dair təkliflərinhazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimedilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər AFFA
3.5. Regionlardakı stadionlarda və təlim-məşq bazalarında FİFA və UEFA-nın tələblərinə uyğun yenidənqurma işlərinin aparılması Yerli icra hakimiyyəti orqanları,Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2008-ci illər YİHO GİTN AFFA
3.6. AFFA-nın proqramına əsasən futbol şəhərciklərinin və futbol məktəblərinin yaradılmasının yerli icra hakimiyyəti orqanlarına tövsiyə edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2008-ci illər YİHO
GİTN
3.7. FİFA-nın müvafiq proqramına əsasən ölkədə fəaliyyət göstərən və tikilməkdə olan futbol qurğu-larının, həmçinin süni örtüklü meydançaların modernləşdirilməsinə dair təkliflərin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər YİHO
GİTN
AFFA
3.8. AFFA-nın proqramınaəsasən ölkənin regionlarında gənc futbolçuların hazırlanması üçün futbolmeydançalarının yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2015-ci illər GİTN YİHO
AFFA


 

1 2 3 4 5
3.9. Əlillər üçün müvafıq fut-bol meydançalarının yaradılması Yerli icra hakimiyyəti orqanları,Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi 2005-2007-ci illər YİHO
ƏƏSMN
GİTN
3.10. Ali və orta ixtisas müəssisələrində futbol meydançalarının yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi 2005-2015-ci illər Təhsil Nazirliyi
3.11. Futbola xarici investisiyaların cəlb edilməsi üçün birgə müəssisələrin yaradılması və qarşılıqlı səmərəli maliyyə layihələrinin hazırlanması Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, İqtisadi İnkişaf Nazirliyi 2005-2015-ci illər

 

4. KADR TƏMİNATI

 

4.1. Futbol mütəxəssislərininixtisaslarının artırılmasınıntəşkili Gənclər, İdman və TurizmNazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA
4.2. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində məşqçilərin, menecerlərin və başqa futbol mütəxəssislərinin ixtisasartırma kurslarının yaradılması Gənclər, İdman və TurizmNazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil Nazirliyi 2005-2006-cı illər GİTN
4.3. Futbol məşqçilərinin təlimsisteminin təkmilləşdirilməsi və peşəkarlıq səviyyəsinin artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2015-ci illər GİTN
AFFA
4.4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınınnəzdində məşqçilər üçünali futbol məktəbinin yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2007-ci illər GİTN
AFFA
4.5. Futbol sahəsində çalışan bütün işçilərin peşə və ixtisas səviyyələrinin artırılması üçün metodik vəsaitlərin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Mütəmadi GİTN
AFFA
4.6. Futbol sahəsində mütəxəssislərin mübadiləsi məsələsinin həlli üçün xarici assosiasiyalarla əməkdaşlıq proqramının hazırlanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər AFFA
4.7. Hakimlərin seçilmə qaydalarının təkmilləşdirilməsi, peşəkarlığın artırılması proqramının hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər AFFA

 

1 2 3 4 5

5. ELMİ-METODİKİ, TİBBİ-BİOLOJİ VƏ İNFORMASİYA TƏMİNATI

 

5.1. Futbol komandalarının hazırlığı üçün elmi-metodiki qrupların yaradılması və onların müasir texniki avadanlıqlarla təmin edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2008-ci illər GİTN
AFFA
5.2. Nəzəri və praktiki seminarları aparan xarici mütəxəssislərin iştirakı ilə müasir tədris-metodiki proqramların hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2015-ci illər GİTN
AFFA
5.3. Azərbaycanın inkişaf etmişfutbol ölkələrinə inteqrasiyası üçün elmi-metodiki təminat proqramının hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər AFFA
5.4. Futbolun problemləri üzrə elmi-praktiki konfranslarınkeçirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Mütəmadi GİTN
AFFA
5.5. Futbolçuların məşq vəoyun təcrübəsini təkmilləşdirmək üçün elmi tədqiqatların aparılması, yeni tibbi-bioloji texnologiyaların işlənməsi, tibbi-bioloji və bərpa mərkəzinin yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Səhiyyə Nazirliyi 2005-2015-ci illər GİTN
AFFA
SN
5.6. Futbol yarışlarında dopinq,stimullaşdırıcı və qadağanolunan digər vasitələrdənistifadə hallarının aradan qaldırılması üçün tədbirlər sisteminin hazırlanması Gənclər, İdman və TurizmNazirliyi, Səhiyyə Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Mütəmadi
5.7. Futbol üzrə elmi-tədris radio və teleproqramların,məktəb yaşına qədər olan uşaqlar, məktəblilər və valideynlər üçün futbol mövzusunda metodiki və tədris xarakterli videofilmlərinhazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiya-ları Assosiasiyası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 2005-2015-ci illər GİTN
AFFA
TRŞ
5.8. Milli və xarici futbolun inkişafı təcrübəsi əsasında elmi-metodiki problemlər üzrə informasiya sisteminin yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA
5.9. Dünya informasiya məkanında Azərbaycan futbolunun təbliğini təmin edən informasiya texnologiyalarının təkmilləşdirilməsi və"Azərbaycan futbolu İnternetdə" layihəsinin hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GİTN
AFFA

 

1 2 3 4 5

6. YIĞMA KOMANDALARIN HAZIRLIĞININ TƏKMİLLƏŞDİRİLMƏSİ

 

6.1. Futbol üzrə Dünya və Avropa çempionatlarına, Dünya universiadalarına, futzal, çimərlik futbolu, veteranlar, əlillər və qadın futbolu yarışlarına Azərbaycan yığma komandalarının hazırlanmasını və iştirakını təmin etmək məqsədilə Kompleks proqramın hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2006-cı illər GITN
AFFA
6.2. FİFA-nın müvafiq proqramı daxilində yığma komandaların hazırlıq mərkəzinin yaradılması, müasir avadanlıqla təchiz edilməsi və onların elmi-metodiki və tibbi-bioloji təminatının təmin edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2005-2008-ci illər GİTN
AFFA
6.3. Milli yığma komandalarınbeynəlxalq idman tədbirlərinə hazırlığı və iştirakı üçün dövlət büdcəsi hesabına maddi yardımın göstərilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi 2005-2015-ci illər GİTN