İdman növü: Cüdo
Tutduğu yer: 1
İl: 2008
Keçirilmə yeri: Pekin

Elnur Məmmədli Çingiz oğlu

Məmmədli Elnur Çingiz oğlu 1988-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. 2009-cu ildən əməkdar idman ustasıdır.
Respublika Olimpiya İdman Liseyni bitirib, 2005-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsiul alıb.

Allahverdi Yaşarın rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlayıb. Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi olub, dünya çempionatında II yer (Brazilya, Rio de Janeyro, 2007), Avropa çenpionatında I yer (Finlandiya, Tampere, 2007), “Dünya Kuboku ”nda I yeri tutub (2007, İtaliya, Roma).
Super Dünya Kubokunun qalibidir (Almanya, 2008).

XXIX Yay Olimpiya Oyunlarının qalibidir (2008, Pekin, Çin). 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. 2008-ci ildə Avropanın ən güclü cüdoçusu, Azərbaycanın ən yaxşı idmançısı adına layiq görülüb. Azərbaycan Respublikasının Prezdidentinin xüsusi Olimpiya təqaüdçüsüdür (2008). Elnur Məmmədli 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təyin edildi.