Təltiflər

 Idman dərəcəsi

Ballar qüvvədə olan dərəcə və adlara görə əlavə edilir (son 2 il ərzində müvafiq normativlərin yerinə yetirilməsi şərtilə). İdmançının dərəcəsini  və adının sənədli təsdiqi olmadıqda, yarışın təsnifat dərəcəsinin hesablanması məqsədilə, onun dərəcəsi (adi) təsdiq olunmamış hər iki il üzrə bir dərəcə (kateqoriya) aşağı salınır. İdmançının ixtisasının sənədli təsdiq mümkün olmadıqda, yarışın dərəcəsi müəyyən olunarkən idmançının ixtisası “dərəcəsiz” kateqoriyasına qədər aşağı salınır. Kiçik dərəcələr 16 yaşdan az olmayan yaş kateqoriyalı yarışlarda verilir.

I dərəcənin verilməsi üçün yarışın hakimliyində AR (MDB ölkələrində) I hakimlik dərəcəsinə malik ən azı iki hakimin və ya müvafiq beynəlxalq dərəcəli bir nəfər hakimin iştirakı mütləqdir. Digər dərəcələrin verilməsi üçün hakimlikdə ən azı 3 hakimin iştirakı vacibdir.