2003-cü ilin oktyabr ayından fəaliiyət göstərir Olimpiya Kompleksinin əsas binası 830 nəfər azərkeş tutumu olan 60x30 metr ölçülü əl oyunları meydançasından, bədii gimnastika, şahmat və trenajor zallarından ibarətdir. Bundan əlavə, kompleksdə müasir tələblərə cavab verən 2470 nəfər azərkeş tutumu olan futbol stadionu, mini-futbol, voleybol və böyük tennis meydançaları vardır. Kompleksin arxa tərəfində 100 metr uzunluğunda süni örtüyə malik qaçış yolu qurulmuşdur. Kompleks üçün "Olimpik" mehmanxanası (18 yerlik, 2 lyüks) da inşa edilmişdir.














