Interviewee: Azad Rəhimov
Tarix: 2015 dekabr 18

“12 milyon manat pul xәrclәnәcәk” - Azad Rəhimov

Bu il Azərbaycan idmanı üçün uğurlu il olub və idmançılarımız böyük naliyyətlər əldə edib. Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Qran Priyə həsr olunmuş mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, keçirilən sorğu nəticəsində biz görürük ki, 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışmasına böyük maraq var: "Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet almaq istəyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq". A.Rəhimov deyib ki, yarış keçiriləcək umumi tras 6 km olacaq: "Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Trans Bakının maraqlı yerlərindən keçir, o cümlədən dənizkənarı parkıdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online fomada keçiriləcək".