Interviewee: Azad Rəhimov
Tarix: 2014 aprel 23

Azad Rəhimov: “Hesablama Palatası hər il bizim nazirliyi yoxlayır”

Hesablama Palatası hər il bizim nazirliyi və digərlərini yoxlayır. Nəticədə Milli Məclisə öz təhlilini təqdim edir. Sonuncu təqdimatla tanış olmuşuq. Böyük nöqsanlar olmadan kiçikləri aradan qaldırılıb. Normal yoxlama keçib." SalamNews-un məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib. O, mətbuatda gedən məlumatın səhv olduğunu söyləyib: “Bəzi saytlarda yazılıb ki, Daşkəsən rayonunda təyinat dəyişikliyi olub. Xoşbulaq adlanan ərazidə Olimpiya İdman Kompleksinin təməl qoyulub. Lakin həmin ərazi şəhər mərkəzindən uzaqda yerləşir, ona görə də prezientin təklifi ilə orada Gənclər Mərkəzi tikilib və istifadəyə verilib. Digər komplekslər də fəaliyyətdədir.” A.Rəhimov vurğulayıb ki, bəzən tikinti şirkətləri səhvə yol versə də, bu aradan qaldırılır. Ayrılan maliyyədən 5% faizi zəmanət kimi saxlanır. Əgər hər hansı nöqsan olarsa, həmin vəsaitlər ora yönəldiləcək.