Interviewee: Azad Rəhimov
Tarix: 2016 fevral 02

Azad Rəhimov Formula 1-ə xərclənəcək milyonlardan DANIŞDI

Formula 1 yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın.
Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.
Nazir qeyd edib ki, 6 km yolun dəyişdirilməsi işləri şəhərdə tıxac yaratmayıb.
Nazir həmçinin əlavə edib ki, Pikstop binası sifariş olunub: “300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadılıq meydanında quraşdırılacaq”.
Nazir bildirib ki, Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: “6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pikstop binası üçün isə 30 milyon dollar sərf olunacaq”.(Trend)

http://yenicag.az/azad-rehimov-formula-1-e-xerclenecek-milyonlardan-danisdi/